Mançester Yunayteddən kimlər gedəcək?

25 Mart 2013 13:55 (UTC+04:00)
Mançester Yunayted yay transfer dönəmində Antonio Valensiya, Anderson, Çikorito, Nani və Ander Lindeqard ilə yollarını ayırlmağa hazırlaşır.

AzNews.az xəbər verir ki, ötən mövsüm Robin van Persini heyyətinə qata bilmək üçün büdcəsini "gücə salan" qırmızı şeytanlar, bu oyunçuları satmaqla vəziyyəti düzəltməyə çalışır.

Qeyd edək ki, klubdan ayrılması gözlənilən futbolçulardan Andersonun adı Cənubi Amerika klubları ilə, Çikoritonun adı isə Falkaonu əldən çıxartmağa hazırlaşan Atletika Madrid ilə hallanır.

Fərid
AzNews.az