Nazirliyin binasına hücum oldu - Kabildə qanlı olay (Yaralılar var )

15 İyul 2018 19:09 (UTC+04:00)

Kabil polis idarəsinin məlumatına görə, hadisə nəticəsində 10-a yaxın adam yaralanıb, ölənlər var.

Daxili işlər nazirliyinin mətbuat xidmətinin məlumata görə, partlayış binanın girişində bazar günü günün ikinci yarısında baş verib. Terrorçu-kamikadze o zaman hücuma edib ki, nazirliyin əməkdaşları iş günü başa çatdıqdan sonra binanı tərk edirdilər.

Hələlik regionda heç bir qruplaşma şəhərdə baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

AzNews.az