Tovuzda ər arvadını bıçaqladı

15 İyul 2018 19:42 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Avaztəpə kənd sakini 1958-ci il təvəllüdlü Lətifə İsmayılova bədəninin müxtəlif nahiyələrində bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

L. İsmayılovaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, L. İsmayılova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.