Saxta əsginaslar satan şəxslər saxlanıldı

25 Mart 2013 14:22 (UTC+04:00)
Sabirabad rayonunda saxta əsginasların dövriyyəsi ilə məşğul olan qrup zərərsizləşdirilib. Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nizami kəndi ərazisində kənd sakinləri İlyas Abdullayev, Sahil Qasımov və Saatlı rayon sakini Azad Qəmbərov 50 ədəd saxta 100 manatlıq əsginası satarkən tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az