Gürcüstanda mədən qəzasında 4 nəfər ölüb

16 İyul 2018 10:35 (UTC+04:00)

Trend-in məlumatına görə, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.