Azərbaycanın dövlət başçısı Xorvatiya prezidentini təbrik edib

16 İyul 2018 13:50 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm. Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”.