Aztəminatlı uşaqların şəxsi inkişafına yönəlik təlimlər yekunlaşıb

16 İyul 2018 15:39 (UTC+04:00)

"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Tural Məmmədov bildirib ki, sözügedən layihə cari ilin may-iyun-iyul aylarını əhatə edib:

"Bizim məqsədimiz uşaqların, xüsusilə aztəminatlı ailələrdən olan uşaqların şəxsi inkişafına yardım etmək, onların müəyyən bilik-bacarıqlara sahib olmalarına dəstək vermək və gələcəkdə cəmiyyətimiz üçün faydalı işlər görən insanlara çevrilmələrinə stimul yaratmaq idi".

Layihə üzə təlimçilərdən Səbinə Novruzzadə görülən işlərdən danışıb:

"Layihə çərçivəsində 3 təlim nəzərdə tutulmuşdu və hər biri uğurla keçirildi. 2 təlim Nizami, 1 təlim isə Xəzər rayonunda baş tutdu. Onlara həyatın nizamını, müstəqil yaşam qaydalarını öyrətməyə çalışdıq, fikir mübadilələri aparıldı, sahib olduqları şəxsi keyfiyyətlərin üzə çıxarılması yönündə iş gördük. Düşünürük ki, qarşıya qoyduğumuz məqsədlərə nail ola bildik".

Digər təlimçi Zülfiyyə Salayeva da görülən işlər barədə danışıb. Daha sonra təlimlərə cəlb edilmiş uşaqlar və tədbirə dəvətli olan qonaqlar öz fikirlərini bildiriblər.

AzNews.az