İran ABŞ-dan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib

16 İyul 2018 17:42 (UTC+04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" səhifəsində yazıb.

O bildirib ki, İran birtərəfli sanksiyaların yenidən tətbiqinə görə ABŞ-ın məsuliyyətə cəlb edilməsini istəyir: "İran qanunun aliliyinə sadiqdir. ABŞ-ın beynəlxalq hüququ pozan vərdişlərinə qarşı mübarizə aparmaq borcumuzdur”.