Ağstafa sakini balıqlara "tok" vermək istədi - Özünü cərəyan vurdu

16 İyul 2018 20:51 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.