Putindən Trampa hədiyyə - Top (Fotolar)

16 İyul 2018 21:02 (UTC+04:00)

AzNews.az-ın məlumata görə, Rusiya və ABŞ prezidentləri danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Görüş zamanı Putin Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə etməyi də unutmayıb.

Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq" deyib.

Bu da, "Futbol diplomatiyası" adlandırılıb.

Mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. O, 2026-cı il Dünya Çempionatının ABŞ-da keçiriləcəyini xatırladıb.

Qeyd edək ki, 2026-cı il Mundialına ABŞ-la birgə Kanada və Meksika da ev sahibləri edəcəklər.