Təmirə bağlanmış küçələrdən biri istifadəyə veriləcək

25 Mart 2013 15:33 (UTC+04:00)

Yaxın 3-4 gün ərzində təmir işlərinin başa çatdırılması planlaşdırılır. Bu "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 2 810 metr təşkil edən küçənin müxtəlif hissələrində genişləndirmə işləri aparılıb. Belə ki, əvvəllər küçənin bəzi yerlərinin eni 5-6 metr təşkil edirdisə, hazırda bu, 10-12 metrədək genişləndirilib.

Mürsəliyev deyib ki, Naximov küçəsində bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və artıq 2 km yol asfaltlanıb.

O, həmçinin əlavə edib ki, Xətai rayonu ərazisində yaxın bir neçə ay ərzində - Xocalı prospektində, Nəcəfqulu Rəfiyev, Fəzail Bayramov küçələri və digər yerlərdə təmir işləri həyata keçirilib.

AzNews.az