Tramp Putinə hokkey şaybası hədiyyə edib

16 İyul 2018 22:21 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.

Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov TASS informasiya agentliyinə məlumatında deyib: “Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb”.

Qey edək ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa “DÇ-2018”in rəsmi topunu hədiyyə edib.