Gənc oğlan bıçaqlandı

25 Mart 2013 15:39 (UTC+04:00)


Gecə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qanlı hadisə baş verib. Hadisədə 1990-cı il təvəllüdlü Abbasov İntiqam Şakir oğlu bıçaqlanıb. Anspress xəbər verir ki, yaralı hadisədən sonra yaxınları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra İntiqam Abbasovun həyatı həkimlər tərəfindən xilas edilib.

Qeyd edək ki, əməliyyat zamanı yaralının bədəninin müxtəlif nahiyələrində 3 bıçaq xəsarəti aşkar edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Hələlik, yaralının izahatı alınmadığından İntiqam Abbasovun kim tərəfindən bıçaqlandığı məlum deyil. Qanlı hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az