“Rusiya heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib” - Putin

17 İyul 2018 09:02 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalına müsahibəsində bildirib.

“Rusiya bir dövlət kimi heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib”, deyə Putin qeyd edib.

Vladimir Putin Helsinkidə iyulun 16-da amerikalı həmkarı Donald Trampla görüşündən sonra “Fox News” telekanalına müsahibə verib.