Azərbaycan prezidentinin Rusiyaya səfərinin vaxtında dəyişiklik olub

17 İyul 2018 11:37 (UTC+04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Rusiya-Azərbaycan İş Şurasının iclasında çıxış edən nazir Azərbaycan prezidentinin Rusiyaya səfərinin əvvəlcədən qeyd olunduğu kimi, avqustun 30-da deyil, sentyabrın 1-də baş tutacağını söyləyib.