Sərhədçilər Füzulidə 83 yaşlı qadının həyatını xilas etdilər

17 İyul 2018 11:56 (UTC+04:00)

DSX-dən AzNews.az-a verilən məlumata görə, iyulun 15-də Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək üçün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­ub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.