Xəzəryanı ölkələrin sammitinin vaxtı açıqlanıb

17 İyul 2018 12:03 (UTC+04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib.

“Hazırda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan xarici işlər nazirlikləri sammitə hazırlıqla bağlı fəal iş görürlər ", -deyə o əlavə edib.

Nazirin sözlərinə görə, bütün tərəflər sammitdə iştirakını diplomatik kanallar vasitəsilə təsdiqləyib.