Türkiyə polisi PKK toplantısına basqın etdi: saxlanılanlar var

17 İyul 2018 14:31 (UTC+04:00)

Trend-in məlumatına görə, polisin basqını zamanı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürülən PKK terrorçularının anım mərasimi keçirilirmiş.

Şöbə əməkdaşları aralarında HDP Sancaqtəpə rayon təşkilatının sədri İlknur Yusufoğlu da olmaqla, 17 nəfəri saxlayıb.

Araşdırma zamanı PKK-ya aid sənədlər, avadanlıqlar, nəşri və yayımı qadağan edilən kitab və jurnallar və s. aşkar edilib.