Gürcüstanda narkotik alverində şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb

17 İyul 2018 15:54 (UTC+04:00)

APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nəticədə narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin evlərində aparılmış axtarış zamanı 18 bağlama heroin, 2 tapança, 1 ov tüfəngi, müxtəlif narkotik vasitələr, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu müsadirə olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.