Bakıda Özbəkistan vətəndaşı taksi sürücüsünün boğazına bıçaq dirədi - 9 il hökm oxundu

17 İyul 2018 19:07 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Özbəkistan vətəndaşı, 26 yaşlı Tərlan Alıyarov, Qusar rayon sakini, 36 yaşlı Radik Həsrətov və Xaçmaz rayon sakini, 26 yaşlı Kamran Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Alıyarov tanışları R.Həsənov və K.Nəsrullayevlə birgə bu il fevralın 25-də gecə saatlarında “Xırdalan dairəsi” ərazisində “VAZ-21044” markalı 90 KX-291 dövlət nömrə nişanlı taksiyə əyləşərək, onları “Memar Əcəmi” metro stansiyası tərəfə aparmağı xahiş ediblər.

Aralarındakı razılığa əsasən, T.Alıyarov bıçağı sürücünün boğazına dirəyərək ondan pulları verməyi tələb edib. Avtomobilin sürücüsü Kamran Həsənliyə məxsus mobil telefonu və pulları onun əlindən alaraq hadisə yerindən qaçıblar.