Rusiyada tramvaylar toqquşdu - Yaralılar var

17 İyul 2018 20:38 (UTC+04:00)

Trend-in məlumatına görə, qəza ilə bağlı xəbəri Yekaterinburq Tramvay-Trolleybus İdarəsi təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin konduktor, digərinin isə sərnişin olduğu bildirilir.

Qəzadan sonra hərəkət zolağında tıxac yaranıb. Hər iki tramvayın ciddi zədələndiyi bildirilir.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Fakt araşdırılır.

AzNews.az ,