Zidan yenidən "Yuventus"da

17 İyul 2018 21:11 (UTC+04:00)

AzNews.a-ın məlumatına görə, Zidanın Turin təmsilçisinə oktyabr ayında qatılacağı qeyd olunur.

Bildirək ki, "Yuventus" klubu da Zidan üçün doğma sayılır. Belə ki, o, futbolçu karyerası ərzində 5 il bu klubda çıxış edib.

Qeyd edək ki, Zidan "Real"ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə Klublararası Dünya Çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.