Bu il Azərbaycanda tikilən evlərin sayı - 6 min

17 İyul 2018 21:52 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon manat olub, onun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı və Sumqayıt şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və Cəlilabad rayonlarında inşa edilib.