Acunun 7 milyonluq yaxtası batma təhlükəsi yaşadı - Fotolar

17 İyul 2018 23:23 (UTC+04:00)

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, yaxtanın mühərrik hissəsindən su dolmağa başlayıb və gəmi batmaq təhlükəsi keçirib.

Dalğıcların həmin hissəni örtməsindən sonra gəmi xilas edilib və daha sonra təmirə aparılıb.

Problemin yaxta səfərə çıxmadan öncə baş verməsi və həmin an içəridə heç kimin olmaması böyük şans kimi dəyərləndirilib.

Qeyd edək ki, yaxtanın qiyməti 7 milyon dollardır.