AzNews.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 72,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,04 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 16-da 69,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,52 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 16-da 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,1 dollar/barel azdır.