“Ukrayna ilə Azərbaycan arasında qaz razılaşması imzalanması planlaşdırılır”

25 Mart 2013 16:22 (UTC+04:00)
Ukraynanın baş naziri Nikolay Azarov Ukrayna ilə Azərbaycan arasında 2014-cü ilin sonunadək yeni qaz razılaşması imzalanmasının planlaşdırıldığını bildirib.

APA-nın verdiyi məlumata görə, N. Azarov bununla bağlı razılaşma olduğunu deyib.

Baş nazir hesab edir ki, Azərbaycan qazının Rusiya vasitəsilə Ukraynaya çatdırılması optimal variant olardı: "Xatırlatmaq istərdim ki, biz MDB çərçivəsində azad ticarət müqaviləsini imzalayarkən və ratifikasiya edərkən ölkələrin vahid nəqliyyat, o cümlədən boru kəmərləri sisteminə qoşulması haqda razılığa gəlmişik. Danışıqlar başladıqdan sonra biz təkcə Azərbaycandan yox, Türkmənistandan və digər MDB ölkələrindən də birbaşa qaz almağa çalışacağıq".

AzNews.az