Tailandda vertolyot qəzası - 3 nəfər yanıb

18 İyul 2018 11:32 (UTC+04:00)

Trend-in məlumatına görə, qəza nəticəsində pilot və iki sərnişinin öldüyü bildirilir.

İnsident səhər saatlarında baş verib. Vertolyot düyü sahəsinə düşərək yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər vertolyotu söndürdükdən sonra 3 nəfərin yanmış cəsədi aşkar edilib.