Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var

18 İyul 2018 11:43 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.