“Azərbaycanda media sənayesi formalaşıb” - Hikmət Hacıyev

18 İyul 2018 13:08 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən 15-ci "Cənubi Qafqaz media konfransı"nda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanda 5 mindən artıq media resursu fəaliyyət göstərir və bu sahədə minlərlə insan çalışır: "Azərbaycanda media azadlığı tam təmin olunub və medianın inkişafı, azad və sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir".

H. Hacıyev qeyd edib ki, Tbilisidə keçirilən konfrans Azərbaycanın media sahəsində əldə etdiyi qabaqcıl təcrübəni bölüşmək baxımından əlverişli fürsətdir.