Eks-prezident azadlığa çıxa bilər

25 Mart 2013 16:41 (UTC+04:00)



2012-ci ildə məhkəmədə keçmiş prezident inqilab zamanı 850 nəfərin öldürülməsində təqsirkar bilinərək ömürlük həbs cəzasına layiq görülüb. Amma 2013-cü ilin yanvarında məhkəmə qərarına yenidən baxılması qərara alınıb. "İnterfax"ın verdiyi məlumata görə, yeni məhkəmə dinləmələrinin apreldə keçiriləcəyi gözlənilir.

Hüsnü Mübarəkin vəkili Yusri Abdel Razzak hesab edir ki, prokurorluq cinayət işinə dərhal xitam verməli və keçmiş dövlət başçısı dərhal həbsdən azad edilməlidir. O, fikrini eks-prezidentə qarşı irəli sürülən ittihamın ləğv edilməsi və yeni şahidlərin isə təqdim olunmaması ilə əsaslandırır.


AzNews.az