Xəzəri çirkləndirən 13 şəxs inzibati məsuliyyətə cəlb edilib

18 İyul 2018 16:16 (UTC+04:00)

DİN-dən AzNews-a verilən məlumata görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.

Ümumilikdə cari ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 493 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 37.950 manat cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.