“Jurnalistlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar” - XİN sözçüsü (Foto)

18 İyul 2018 18:28 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi xarici jurnalistlər münaqişə zonalarında qanunsuz fəaliyyətə yol verirlər: “Azərbaycan beynəlxalq medianın hüquqlarını tanıyır. Lakin bəzi xarici jurnalistlər Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər edirlər. Biz xarici media nümayəndələrini Azərbaycanın qanunları və akkreditasiya qaydalarına hörmətlə yanaşmağa çağırırıq”.