Azərbaycan-Tacikistan arasında 45 sənəd imzalanıb

18 İyul 2018 19:41 (UTC+04:00)

AzNews.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qeyd edilib ki, Azərbaycan və Tacikistan ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. 2018-ci ilin birinci yarısında Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Görüşdə hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin təşkilinin qarşılıqlı əlaqələrin inkişafında önəmi vurğulanıb.

Görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.