Şimali Kiprdə batan gəmidə 19 cəsəd

18 İyul 2018 22:39 (UTC+04:00)

AzNews.az Anadolu Agentiliynə istinadən xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib. Vəziyyəti ağır olanlar hərbi helikopterlərlə Şimali Kipin Girnə şəhərindəki xəstəxanaya daşınıb.

Axtarış nəticəsində 19 cəsəd tapılıb. Təxminən 25 nəfərin axtarışı davam edir.