1,4 milyona satılan Kabus şəhər - Fotolar

19 İyul 2018 00:00 (UTC+04:00)

AzNews.az CNN-ə istinadən xəbər verir ki, şəhər 1865-ci ildə gümüş mədəni yaxınlığında salınıb və bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub. İndi isə həmin gümüş yataqları tamamilə səhralaşıb.

Şəhər 22 tikilini özündə birləşdirir. Bura kilsə, malikanələr, pivəxanalar və s. aiddir.

Daşınmaz əmlak agenti Rasmussonun sözlərinə görə, bu şəhər “vəhşi Qərbin” ayrılmaz hissəsinə çevrilib:
“Bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilirdi”.

Gümüş və neftin ucuzlaşmasından sonra sakinlər şəhəri tərk etməyə başlayıblar. Sonra böyük yanğın meydana gəlib və Kerro-Qordo tamamilə boşalıb.

Şəhərin yeni sahibi olan investisiya qrupu Kerro-Qordonu turist marşrutlarının tərkib hissəsinə çevirmək niyyətindədir.