Rusiyada 56 min hektar meşə yanıb

19 İyul 2018 09:12 (UTC+04:00)

RİA Novosti agentliyinin verdiyi məlumata görə, ümumilikdə bölgədə 164 yanğın ocağı qeydə alınıb. Yakutiyada 112, Maqadan vilayətində - 42, Xabarovsk diyarında – 9, Saxalin vilayətində isə 1 meşə yanğını qeydə alınıb. Son sutka ərzində 25 yeni yanğın ocağı əmələ gəlib, 8-i söndürülüb. Sutka ərzində alov 55,8 min hektar meşə sahəsini məhv edib.

Yakutiyanın bütöv meşə ərazilərində fövqəladə vəziyyət rejimi, 8 rayonda isə yanğına qarşı xüsusi rejim tətbiq edilib.

AzNews.az