Neft ucuzlaşıb

19 İyul 2018 09:18 (UTC+04:00)

AzNews xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,02 dollar və ya 0,03% ucuzlaşaraq 68,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10 dollar və ya 0,14% azalaraq 72,80 dollar təşkil edib.