8 əcnəbinin saxta sənədlərlə Azər­­­­­­bay­cana daxil olmaq cəhdinin qarşısı alınıb - Foto

19 İyul 2018 12:07 (UTC+04:00)

DSX-dən AzNews-a verilən məlumata görə, 11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Muba­rak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yox­lamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstan­bul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Res­­pub­likası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdırılması təsdiqini tapıb.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətən­da­şı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kur­ba­noviçin, 1989-cu il təvəllüdlü Özbəkistan və­tən­daşı Karimov Ataybek Mirzaibrahi­moviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Sniz­hana Aleksandrovnanın pas­portları şübhə doğurub, laborator müayinə nəticəsində pasport­ların saxtalaş­dırl­ması müəyyən olunub.

17 iyul tarixində Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçiril­ib.