DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb

19 İyul 2018 14:44 (UTC+04:00)

DİN-dən AzNews-a verilən məlumata görə, iyulun 18-də saat 10 radələrində Quba rayonunun İsnovqışlaq kəndi ərazisində Cəlilabad rayon sakini Məmmədəli Bayramovun idarə etdiyi “Nissan” və Sumayıt şəhər sakini Elməddin Hüseynovun idarə etdiyi “Hyundai” (avtobus) markalı avtomobillər toqquşub.

Nəticədə M.Bayramov hadisə yerində ölüb, bir sərnişini və E.Hüseynovun bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.