Litvalı deputatdan Ermənistana “tərs şapalaq”

25 Mart 2013 18:00 (UTC+04:00)

Litva Seymində qondarma DQR – lə parlamentlərarası dostluq qrupunun üzvlərinin sayı 12-dən 11-ə düşüb. Seymin saytında yer alan məlumatda həm qrup yaradılan vaxt, həm də indi orada iştirak edən deputatların siyahısı verilib. Ayrı-ayrı sütunlarda verilən siyahıdan məlum olur ki, hazırda qrupun üzvlərini sayı bir nəfər azalaraq 11-ə enib. Siyahıdan adı çıxarılan deputat isə xristian demokratların təmsilçisi Vinse Vaydevute Marqyavişanedir.

Qeyd edək ki, Ermənistan Milli Assambleyasının üzvləri hazırda Litvada səfərdədir. Səfər çərçivəsində qondarma DQR-lə dostluq qrupunun yaradılması məsələsinin müzakirə edilib-edilməyəcəyi barədə açıqlama verilmir.

Bununla belə məlumatlara görə, məsələ Türkiyə prezidenti Abdulla Gülün Litvaya gələn həftə planlaşdırılan rəsmi səfəri zamanı müzakirə ediləcək.

Elnarə,
Telman
AzNews.az