Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - Yenilənib

19 İyul 2018 18:51 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, nazir bununla seçkilərdən sonra Azərbaycana ilk rəsmi səfərini gerçəkləşdirəcək:

“Səfərin dəqiq tarixi barədə yaxın günlərdə məlumat veriləcək”.

***

15:51

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, səfərin iyulun 24-də həyata keçirilməsi gözlənilir.

Səfər çərçivəsində M. Çavuşoğlunun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

AzNews.az