Abramoviç həbs edildi?

25 Mart 2013 18:10 (UTC+04:00)


Lakin Roman Abramoviçin mətbuat katibi Con Mann canlı efirdə rusiyalı milyarderin həbs xəbərini təkzib edib

Lent.az-ın verdiyi məlumatına görə, mətbuat katibi onun ABŞ-da saxlanılması xəbərinin doğru olmadığını bildirib. Hazırda o, ABŞ-dadır. Və onun saxlanılması xəbərini FTB də təsdiqləməyib.
Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bu xəbəri araşdıracağını bildirib.

Onun saxlanılması xəbəri Berezovskinin ölümü ilə əlaqələndirilir.

Xatırladaq ki, 2012-ci ildə Abramoviç Londonda məkkəmədə Berezovskini udmuşdu. Berezovski Abramoviçə 53.5 milyon dollar ödəmək məcburiyyətində qalmışdı.

AzNews.az