Bakıda iyulun 21-dən bu 2 marşrut xəttə buraxılıb

21 İyul 2018 17:15 (UTC+04:00)

AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə verilib. Marşrut üzrə “BakuBus” MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayıb.

7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılıb. Bu avtobuslar “İveco Crealis” və “İveco Urbanway” markalı avtobuslardır.

Avtobuslar 7A marşrut xətti üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası, 7B marşrut xətti üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” şadlıq sarayı) - “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edəcək.

7A və 7B müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunub. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.