ABŞ xəstəxanasında atışma - Foto

19 İyul 2018 20:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, atışma "Medstar Washington Hospital" xəstəxanasında qeydə alınıb.

Yerli polisin verdiyi məlumata görə, hadisəni törədən tünd rəngli geyimdə olub və silahdan hədə-qorxu gəlmək üçün istifadə edib.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.