“Putinlə ikinci görüşü səbirsizliklə gözləyirəm” - Tramp

19 İyul 2018 21:51 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Tramp növbəti görüşdə terrorizmin dayandırılması, Kiber hücum, Ukrayna, Yaxın Şərq, Şimali Koreya və digər mühüm məsələlərin müzakirə edilməli olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Moskva və Vaşinqton prezidentlərin yeni görüşünü hələ müzakirə etmir.