"Keşlə" Avroliqaya əlvida dedi

19 İyul 2018 22:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün "Dalğa Arena"da keçirilən matçda təmsilçimiz "Keşlə" Maltanın "Balzan" klubu ilə qarşılaşıb.

Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Lakin səfərdə olan 1:4 hesablı məğlubiyyətimiz cütün taleyini həll edə bilib.

Qeyd edək ki, bu gün Avroliqanın təsnifat mərhələsində digər təmsilçilərimiz "Qəbələ" və "Neftçi" də öz rəqibləri ilə qarşılaşırlar.