ABŞ-da turist qayığı çevrilib, ölənlər var

20 İyul 2018 09:00 (UTC+04:00)

APA-nın “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, qəza zamanı qayığın göyərtəsində azı 30 nəfər olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.

İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.