Qar Avropanı iflic etdi

25 Mart 2013 19:47 (UTC+04:00)



Anspress-in məlumatına görə,vRusiyanın paytaxtı Moskvada qarlı və şaxtalı havalar çovğunla əvəz olunub. Artıq bir neçə gündür ki, davam edən kəskin hava şəraiti şəhərdə həyatı iflic edib. Bəzi bölgələrdə qarın hündürldüyü 1 metrə qədər çatıb. Meteoroloqların verdiyi məlumata görə, tempratur -12 dərəcəyə qədər düşüb.

Məktəblərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Çovğunla əlaqədər görmə məsafəsi 50 metrə qədər azaldığından bir neçə yol nəqliyyat hadisəsi baş verib. Kəskin hava şəraitinə baxmayaraq, əksər hava limanları öz fəaliyyətini dayandırmayıb. Lakin bəzi uçuşların təxirə salındığı bildirilir.

Meteoroloqlar çovğunlu havaların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.
Gürcüstanın mərkəzi ərazilərindən həftəsonu güclü qasırğa keçib. Ölkənin "İctimai" telekanalının məlumatına görə, qasırğa nəticəsində insan itkisinin olduğu bildirilir.

Güclü külək evlərin damlarını uçurub, yüzlərlə ağac aşıb. Elektrik enerjisi naqillərinin qırılması nəticəsində 100 mindən çox sakin işıqsız qalıb. Batum şəhərində qasırğanı müşayiət edən leysan yağışlar nəticəsində əsas küçələri və Batum hava limanı yaxınlığındakı əraziləri su basıb. Paytaxt Tiflisdə də külək onlarla evin damını uçurub. Gürcüstan hökuməti qasırğanın fəsadlarının aradan qaldırılması üçün əməliyyat qərargahı yaradıb.

Son 100 ildə Ukraynanın paytaxtı Kiyevdə yağan ən güclü qar həyatı iflic etməyə davam edir. Pis hava şəraiti ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət bir həftədə uzadılıb. Rusiyanın "RTR" telekanalının Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, Kiyevdə son bir neçə sutka ərzində 40 milyon ton qar yağdığı bildirilir. Nəqliyyatın hərəkəti qismən bərpa olsa da, çətinliklər müşahidə olunur.

Mağazalara təzə məhsulların gətirilməsində problemlər yaranıb. Kommunal xidmətlər küçələri qardan təmizləməkdə çətinlik çəkdiyindən, hərbçilər kömək üçün cəlb olunub. Kiyev və ətraf ərazilərdə sosial sahələrin, məktəb və bağçaların işçiləri üçün istirahət günü elan edilib

Böyük Britaniyada güclü qar və çovğunun fəsadları aradan qaldırılır. Şimali İrlandiyada çovğun elektrik enerjisi naqillərinə ciddi ziyan vurub, yüzlərlə ev işıqsız qalıb. Bəzi ucqar ərazilərdə ötən həftənin ortalarından elektrik kəsilib. Şimali İrlandiya, Şotlandiya və Kumbriya bölgələrində əsas yollar bağlanıb.

Meteoroloqlar soyuq və qarlı hava şəraitinin bir həftə də davam edəcəyini proqnozlaşdırırlar. Meteoroloji Xidmət Böyük Britaniyanın əksər hisslərində pis hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Amerika Birləşmiş Ştatlarının Mərkəz, Cənub və Şərq hissəsində qarlı və şaxtalı havalar yerli əhalini əsarəti altına alıb. İlinoys, Missuri və Corcia ştatlarında yağan qar müxtəlif bölgələrdə problemlərə səbəb olub. İlinoys ştatında yağan qarın hündürlüyü bəzi yerlərdə 38 santimetrə çatıb.

Corcia ştatında isə qarla yanaşı qasırğa da müşahidə olunub. Atlanta şəhərində güclü küləklər ağacları yerindən qoparıb. Rəsmilərin verdiyi məlumata görə, şaxtalı havalarda donmuş yollar üzərində çoxlu sayda avtoqəzalar qeydə alınıb.

Qəzalardan birində iki nəfər həyatını itirib. Meteoroloqlar qarlı və çovğunlu havaların hələ bir neçə gün davam edəcəyini və soyuq hava kütlələrinin ölkənin cənub və qərb bölgələrinə doğru irəlilədiyini bildiriblər.

AzNews.az