İlham Əliyev Parisdə bir neçə şirkət rəhbəri ilə görüşüb

20 İyul 2018 13:24 (UTC+04:00)

APA-nın məlumatına görə, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olunub.

Patrik Lölo bildirib ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

*** 12.10

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçinin “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb. Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirib.

Prezident İlham Əliyev bunu yüksək qiymətləndirib və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.