Hərbi hissənin giziri iki nəfəri öldürdü- Özəl

25 Mart 2013 20:30 (UTC+04:00)
AzNews.az-ın əldə etdiyi məlumata görə, martın 25-də Ağcəbədi rayonun Qaradolab kəndində N saylı hərbi hissənin giziri qəza törədib. Belə ki, o, idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarında dəstə halında dayanan bir neçə nəfəri vurub.

Əldə etdiyimiz məlumata görə, İ.Qabilov idarə etdiyi avtomobillə Ağcabədi şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı avto-yuma məntəqəsinin qarşısında Mehrablı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Füzuli Məmməd oğlunu və Aran kənd sakini 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vurub. Hər iki piyada hadisə yerindəcə keçinib.

Yüksək sürətlə hərəkət edən avtomobil daha sonra divara çırpılıb. Sürücü ilə yanaşı maşında olan 1992-ci il təvəllüdlü Şəfiyev Rəmzi Arzuman oğlu ağır bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Verilən məlumata görə, hadisəni törətmiş İ.Qabilov və onun sərnişini R.Şəfiyev Azərbaycan ordusunun hərbçiləri, gizirlərdir.

Baş vermiş qəza nəticəsində daha 2 nəfərin və sürücünün ağır yaralandığı xəbər verilir.

Azər
AzNews.az